"İspviç Toun"un kapitanı Sam Morsi "Nottinqam Forest"lə oyunda LGBT-yə dəstəyi ifadə edən sarğını taxmağı rədd etmişdi. 

Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu müsəlman futbolçusunun bu addımı barəsində açıqlama verib:

"Liqanın LGBT ilə bağlı bu kompaniyasını dəstəkləməkdən qürur duyuruq. Eyni zamanda kapitanımız Sam Morsinin də sarğını inancı gərəyi taxmamasını da hörmətlə qarşılayırıq. Meydanda və kənarda hər kəsin dəyər gördüyü bir ortam yaratmağa davam edəcəyik". 

Qeyd edək ki, qarşılaşma "Nottinqam Forest"in minimal hesablı qələbəsi ilə başa çatmışdı.