"Mançester Siti"nin norveçli qolçusu Erlinq Haland "şəhərlilər"in 7 oyunluq qələbəsizlik silsiləsindən bəhs edib.
Offsideplus.az xəbər verir ki, norveçli forvard bunları söyləyib:
"Biz daha yaxşı vaxtları görmüşük və onları yenidən görəcəyik. İnanmağa davam edirik".
Xatırladaq ki, "Mançester Siti" son 7 oyunun 6-da məğlub olub. Komanda UEFA Çempionlar Liqasında "Feyenoord"la ev oyununda da 3:0 öndə olduğu üstünlüyü əldən verərək, 3:3 hesablı heç-heçə ilə barışıb.