La Liqanın XIX turu çərçivəsində "Malyorka" "Barselona"nı qəbul edib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi rəqibini "1-5" hesabı ilə darmadağın edib.

Oyunda hesab Ferran Torres erkən qolu ilə açılıb. Birinci hissənin sonlarında meydan sahibləri Vedat Muriqi ilə tarazlıq yaradıblar. İkinci 45 dəqiqədə isə "Barsa" "Malyorka"nın qapısından 4 top keçirib. Rafinya 56 və 74-cü dəqiqələrdə fərqlənməklə "dubl" edib. 79-cu dəqiqədə Frenk de Yonq, 84-də isə Pau Viktor toru silkələyib.

Oyunda vurulan qolları təqdim edirik.