"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə mətbuatı ilə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Portuqaliyalı mütəxəssis bunları söyləyib:

"Fənərbağça" lider "Qalatasaray"dan üç xal geri qalaraq yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Amma onlar - yerli mətbuat hələ də məni öldürür. Mənə azacıq hörmət nümayiş etdirin.

Klubların və oyunçuların inkişafı üçün onlara sabitlik, o cümlədən məşqçilər və fəlsəfə gərəkdir. Odur ki, mənə azacıq dincəlməyə macal verin, qoyun rahat işləyim".