"Bayern"in baş məşqçisi Vensan Kompani Almaniya Kubokunun 1/8 finalında "Bayer"ə 0:1 hesablı məğlubiyyəti dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Bayern & Germany" məlumat yayıb.
"Bizim ələnməyimiz çox məyusluq doğurur. Qırmızı vərəqə oyuna təsir etdi, amma futbolçularım çox yaxşı çıxış etdilər və xasiyyət nümayiş etdirdilər. Mən heç kimi təqsirləndirə bilmərəm.
Mən iki duyğunu yaşayıram. Birincisi, uduzmağımız və bu mövsüm kuboku qazanmayacağımızdır. İkinci hissə isə bu görüşün xüsusi olmasıdır".