"Real" qolkiperi Tibo Kurtua ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.
32 yaşlı belçikalı qolkiper də buna razıdır.
Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Xatırladaq ki, T.Kurtua cari mövsüm La Liqada keçirdiyi 11 oyunda 7 qol buraxıb.