"Qalatasaray"ın 45 yaşlı sabiq futbolçusu Dzyuniti İnamoto karyerasını yekunlaşdırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə oyunçu özü açıqlayıb.

2006/2007 mövsümündə "Qalatasaray"da çıxış edən Dzyuniti Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu olub. O, "aslanlar"ın heyətində 34 matça çıxaraq 1 qol vurub.

Xatırladaq ki, İnamotonun son olaraq ölkəsinin "Nankatsu" klubunun uğurları üçün çalışıb.