"Real"ın 39 yaşlı yarımmüdafiəçisi Luka Modriçin gələcək planları bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Xose Feliks Dias informasiya yayıb.
Məlumata görə, xorvatiyalı cari mövsümün sonunda "Real"dan ayrılmaq qərarını qətiləşdirsə də, karyerasını bitirmək fikrində deyil.
Modriç 2012-ci ildən "Real"ın şərəfini qoruyur.