Almaniya Kubokunun 1/8 final mərhələsində "Bayern" "Bayer 04"ü qəbul edib.

Offsideplus.az xəbər verir ki, matçın 17-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Manuel Noyer Ceremi Frimponqa qarşı kobudluğa görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qarşılaşmanın 69-cu dəqiqəsində qonaqların heyətində Natan Tella fərqlənib. Oyun "Bayer 04"ün minimal hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Noyer karyerası ərzində ilk dəfə qırmızı kart alıb.