Ağır çəkidə sabiq dünya çempionu Tayson Fyuri ukraynalı Aleksandr Usiklə döyüşə zəif hazırlaşdığı barədə yayılan şayiələrə cavab verib.
Offsideplus.az xəbər verir ki, britaniyalı bunları söyləyib:
"Bəhanə gətirmirəm. Bu, fantastik təlim-məşq toplanışı idi. Hazırlıq zamanı hər hansı problemlə üzləşdiyimi bir dəfə də belə olsun qeyd etməmişəm. Çox çətinlik çəkdiyim barədə çoxlu boş söhbətlər eşitdim. Orada heç bir problem yox idi.
Başa düşə bilmirəm ki, insanlar niyə belə edirlər, niyə bəhanə axtarırlar... Mən zəif hazırlıqdan uduzdum və ya aşpaz mənə lazım olanı yedizdirmədiyi üçün uduzdum... Xeyr. Usyk döyüşdə qalib gəldi - hamısı budur".
Xatırladaq ki, Usik və Furi arasında ilk döyüş Ər-Riyadda (Səudiyyə Ərəbistanı) baş tutub. Qarşılaşma 12 raund davam edib və ukraynalı idmançının qələbəsi ilə yekunlaşıb. İdmançılar arasında cavab görüşü dekabrın 21-də Ər-Riyadda baş tutacaq.