MLS-də mövsüm başa çatıb.
Offsideplus.az xəbər verir ki, çempionun məlum olacağı matçda "İnter Mayami" və "Vankuver Uaytkeps" üz-üzə gəlib.
Görüş Lionel Messi komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Argentinalı futbolçu görüşdə 2 assistə imza atıb.
Messi karyerasında 48-ci kubokunu qazanıb.
2018-ci ildə yaradılan "İnter Mayami" ilk dəfə MLS kubokunun sahibi olub.



