"Real Madrid" klubu bir qədər əvvəl La Liqa çərçivəsində evdə "Selta" klubunu qəbul etdi.
Offsideplus.az xəbər verir ki, oyundan 0-2 hesabla məğlub ayrılan madridlilərdə işlər qaydasında deyil.
Oyunda 2 müdafiəçi (Fran Qarsiya, Alvaro Karreras) qırmızı vərəqə aldılar, bir müdafiəçi (Eder Militao) isə zədələnərək oyunu tərk etdi.
Bununla yanaşı, son zamanlarda alınan uğursuz nəticələr sonrasında klub La Liqada liderliyi əldən verdi və hazırda "Barselona"dan 4 xalla geridədir.
Klubun növbəti oyunu" Mançester Siti" ilədir və bu oyun baş məşqçi Xabi Alonso üçün həlledici olacaq. Həmin oyunda da alınacaq məğlubiyyət onun klubdan qovulmasına gətirib çıxara bilər.
Hazırda rəhbərlik hər nə qədər ictimaiyyətə onu dəstəklədiyini bildirsə də, klub daxilində ona olan güvən xeyli azalıb. Artıq onun qovulacağı təqdirdə əsas namizədin Zinəddin Zidan olacağı da dəqiqləşib.



