"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Roma" ilə ev heç-heçəsini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Xüsusilə belə gec qol buraxanda bu, əsəb keçirməyə səbəb olur. Amma yaxşı oyun oldu. Oyunun nəticəsini əvvəlcədən müəyyənləşdirməli idik, işi başa çatdıra bilməməyimiz isə acıdır. Bizə daha çox soyuqqanlılıq göstərmək gərək idi. Rəqiblərin topu qapı xəttindən çıxardığı bir neçə məqamımız oldu. Sanki onları özümüz oyunda saxladıq. "Roma" yaxşı komandadır. Onların Avropa Liqasında çıxış etmələri əbəs deyil. Bu il onlara asan olmasa da, keçən il əla mövsüm keçiriblər".
Xatırladaq ki, görüş 2:2 hesabı ilə yekunlaşıb.