"Qarabağ"ın braziliyalı müdafiəçisi Julio Romao UEFA Avropa Liqasının qrup mərhələsi üzrə "Olimpiakos"la cavab matçında Marseloya qarşı oynamasından danışıb.
Offsideplus.az xəbər verir ki, Romao həmyerlisinə qarşı oynamaqdan qürur duyduğunu söyləyib:
"Şəxsi tanışlığım yox idi. Sadəcə o da Rio de Janeyrodandır, mən də. Nəzərə alaq ki, o bir futbol əfsanəsidir. İndi qürur duyuram ki, az da olsa, məni tanıyır. Ona qarşı oynamaq mənim üçün şərəfdir".
Qeyd edək ki, matç 0:0 hesabı ilə başa çatıb.