"Olimpiakos"un müdafiəçisi Marselo UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı oyunu buraxacaq.
Offsideplus.az "Sportdog" saytına istinadən xəbər verir ki, baş məşqçi Miçel 34 yaşlı müdafiəçini Ağdam təmsilçisi ilə matçda meydana buraxmaq istəmir. Braziliyalı ulduz oktyabrın 15-dən sonra tam hazır olacaq.
Bu halda, Marselo oktyabrın 13-də Bakıda keçiriləcək cavab oyununda da iştirak etməyəcək.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.