"Qarabağ"ın zədəli futbolçuları Maksim Medvedev və Kevin Medinanın son durumu bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Neftçi"yə qarşı oyundan (3:1) sonra baş tutan mətbuat konfransında Qurban Qurbanov adıçəkilən oyunçuların "Olimpiakos"la görüşə kimi hazır olacağını söyləyib:
"Hər şey yaxşıya doğru gedir. Start heyətində yer almasalar da, oyuna hazır olacaqlar. Fiziki hazırlıq baxımından çatışmazlıqların olması mümkündür".
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhləsinin III turu üzrə keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-da Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.