Marselo Vyera "Olimpiakos"dakı ilk matçını "Qarabağ"a qarşı keçirə bilər.

Offsideplus.az "Sentragoal" nəşrinə istinadən xəbər verir ki,  34 yaşlı müdafiəçi oktyabrın 2-də "Atromitos"la Yunanıstan çempionatı oyununda meydana çıxmayacaq. Yeni baş məşqçi Miçel ulduz futbolçunu oktyabrın 6-da Avropa Liqasının III turunda "Qarabağ"a qarşı görüşdə oynatmağı planlaşdırır. O, Marseloya matçın ikinci hissəsində şans verəcək.

Qeyd edək ki, cavab oyunu oktyabrın 13-də Bakıda baş tutacaq.