"Olimpiakos"un yeni transferi Marselo Vyera Avropa Liqasının qrup oyunları üçün sifariş olunub.

Offsideplus.az "Sport24.gr" saytına istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi braziliyalı ulduzla yanaşı, Pep Biel, Panayotis Retsos, Hvan Uy Co və Coş Boulerin adılarını da qrup mərhələsinin oyunları üçün siyahıya əlavə edib.

Qeyd edək ki, Ağdam təmsilçisi "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-də Bakıda keçirəcək.