"Qarabağ"ın Avropa Liqasında rəqiblərindən olan "Olimpiakos" yeni transferini açıqlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi "Real"ın sabiq futbolçusu Marselonu azad agent kimi heyətinə qatıb. 34 yaşlı müdafiəçi ilə bir illik müqavilə bağlanıb. 

Qeyd edək ki, Ağdam təmsilçisi "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-də Bakıda keçirəcək.