"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Barselona şəhərinə gedəcək.
Offsideplus.az "Ajansspor"a istinadən xəbər verir ki, İstanbul nəhənginin prezidenti Burak Elmas "imperator" ləqəbli mütəxəssis və həyat yoldaşı Fulya Terimi Avropa Liqasının 1/8 final mərhələsində "Barselona"ya qarşı keçirəcəyi oyun üçün "Kamp Nou"ya dəvət edib.
Qeyd edək ki, "Barselona" - "Qalatasaray" oyunu martın 11-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.