"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Barselona şəhərinə gedəcək.

 Offsideplus.az "Ajansspor"a istinadən xəbər verir ki, İstanbul nəhənginin prezidenti Burak Elmas  "imperator" ləqəbli mütəxəssis və həyat yoldaşı Fulya Terimi  Avropa Liqasının  1/8 final mərhələsində "Barselona"ya qarşı keçirəcəyi oyun üçün "Kamp Nou"ya  dəvət edib.

Qeyd edək ki, "Barselona" - "Qalatasaray" oyunu martın 11-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.