"Real"ın qapıçısı Tibo Kurtua Bellinqem, Mbappe və Vinisius Juniora medianın diqqətinin artması fonunda Rodriqo Qoesin komanda üçün vacibliyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, "Jurnalistlər [BMV] kimi qısaltmalar yaratmağa çalışırlar, amma mən komandada Rodriqonu çox yüksək qiymətləndirirəm. O, məyus olmamalıdır, amma qəzəbli olmaq ona daha yaxşı oynamağa kömək edirsə, qoy belə də olsun," – deyə Kurtua ESPN-ə açıqlama verib.

Rodriqo bu mövsüm 7 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.