Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "11-lik"də "Mançester Yunayted"dən 6, "Arsenal"la "Vilyarreal"ın hərəsindən 2, "Roma"dan 1 futbolçu yer alıb.
Qapıçı: Bernd Leno ("Arsenal")
Müdafiəçilər: Aaron Van-Bissaka, Harri Maquayr, Lük Şou (hamısı "Mançester Yunayted"), Raul Albiol ("Vilyarreal")
Yarımmüdafiəçilər: Nikolya Pepe ("Arsenal"), Brunu Fernandeş, Pol Poqba (hər ikisi "Mançester Yunayted"), Samuel Çukvueze ("Vilyarreal")
Hücumçular: Edinson Kavani ("Mançester Yunayted"), Edin Ceko ("Roma")
Qeyd edək ki, "Mançester Yunayted" "Roma"nı 6:2, "Vilyarreal" isə "Arsenal"ı 2:1 hesabı ilə məğlub edib.