UEFA "Srvena Zvezda"nı cərimələyib.
Offsideplus.az Avropanın bir nömrəli futbol qurumunun rəsmi saytına istinadla xəbər verir ki, "Milan"a qarşı Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda baş verənlər Serbiya təmsilçisinə baha başa gəlib.
Belə ki, görüşün azarkeşsiz keçirilməsinə baxmayaraq, fanatlar tribunaya keçərək ulduz futbolçunu təhqir etmişdilər. Buna görə UEFA "Srvena Zvezda"nı 25 min avro, karantin qaydalarına riayət edilmədiyi üçün əlavə 5 min avro cərimələyib..
Qeyd edək ki, hər iki oyun heç-heçə başa çatmış (2:2, 1:1), "Milan" səfərdəki məhsuldarlıq sayəsində növbəti mərhələyə yüksəlmişdi.