"Srvena Zvezda" klubu "Milan"ın ulduzu Zlatan İbrahimoviçin təhqir edilməsinə görə cəzalandırılacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. UEFA Avropa Liqasında 18 fevralda baş tutan "Srvena Zvezda" - "Milan" qarşılaşmasında isveçli ulduz tribunalardakı azarkeşlər tərəfindən irqli təhqirlərə məruz qalmışdı. Bu səbəbdən ev sahibləri cərimələnəcək.
Bundan əlavə, klub koronavirus pandemiyası qaydalarına əməl etmədiyi üçün də cəzalanacaq.
Qeyd edək ki, bir qrup tərəfdar atası bosniyalı müsəlman olan Zlatanı "iylənmiş balija" deyə söyüb. Serblər və ya xorvatlar bu kobud ifadəni İsveçə köçən bosniyalı müsəlmanlara qarşı istifadə edir.