UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Milan" Serbiyada "Srvena Zvezda"nın qonağı olub (2:2).
Offsideplus.az xəbər verir ki, Zlatan İbrahimoviç heç-heçə ilə başa çatan oyunda "Milan"ın ehtiyat heyətində idi. Oyuna çıxmayan 39 yaşlı forvard tribunada gözləyərkən təhqirə məruz qalıb. Belə ki, bir qrup azarkeş isveçliyə etnik təhqirlər və söyüşlər ünvanlayıb.
Bunlardan ən pisi isə "iylənmiş balija" söyüşü olub. Serblər və ya xorvatlar bu ifadəni İsveçə köçən bosniyalı müsəlmanlara qarşı istifadə edir.
Zlatan isə bu təhqirlərə fikir verməyərək oyunu izləməyə davam edib.
Qeyd edək ki, Balkan əsilli Zlatan İbrahimoviçin atası müsəlman bosniyalılarındandır.