Dekabrın 10-u gecə saatlarında dünyasını dəyişən İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Paolo Rossinin xatirəsi UEFA Avropa Liqasının oyunlarında anılacaq.

Offsideplus.az  xəbər verir ki, turnirin qrup mərhələsinin sonuncu - VI turunda bu gün keçiriləcək 23 qarşılaşma 1 dəqiqəlik sükutla başlayacaq.
64 yaşında vəfat edən keçmiş hücumçunun ölümünə ağciyər xərçəngi səbəb olub.
Qeyd edək ki, Paolo Rossi 1982-ci ildə İtaliya yığması ilə dünya çempionu olub. Mundialın ən yaxşı oyunçusu seçilən forvard həmin il "Qızıl Top" mükafatını da qazanıb.