UEFA Avropa Liqasının 1/4 finalında "Bayer"ə (Leverkusen) qalib gələn "İnter"in hücumçusu Romelu Lukaku rekorda imza atıb.

 Offsideplus.az xəbər verir ki, matçın 21-ci dəqiqəsində komandasının ikinci qolunu vuran belçikalı ulduz turnir tarixinə düşüb. 

Lukaku UEFA Avroa Liqasında (UEFA kuboku) ardıcıl 9 oyunda qol vurmağı bacaran ilk futbolçu olub.

Qeyd edək ki, əvvəlki rekord ardıcıl 8 oyunda fərqlənən Alan Şererə məxsus idi.