UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyunlarından sonra bu ada Samuele Kampo ("Bazel", İsveçrə) , Almaniya "Bayer"indən (Leverkuzen) Çarles Aranqis, Ukrayna "Şaxtyor"undan Markos Antonio və İngiltərə "Mançester Yunayted"indən Odion İqalo iddialıdır.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə əsasında müəyyənləşəcək.