UEFA  Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, baş tutan oyunlardan sonra bütün 1/8 finalçılar müəyyənləşib. İstisna olaraq, "Zalsburq" - "Ayntraxt" matçı təxirə salınıb və bu gün keçiriləcək.

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə “Vulverhempton”u İspaniyada “Espanyol”un qonağı olub. İngilislər 2:3 hesabı ilə uduzsalar da, mərhələni keçiblər.

Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşehir” səfərdə 1:3 hesabı ilə uduzduğu Portuqaliya “Sportinq”ini qəbul edib. Əsas vaxtda 3:1 hesabı ilə qalib gələn Türkiyə təmsilçisi əlavə vaxtda 1 qol vuraraq, oyunun taleyini həll edib.

Digər oyunlarda isə sürpriz nəticələr qeydə alınıb. Belə ki, "Arsenal" "Olimpiakos"a 1:2 hesabı ilə uduzaraq turnirlə vaxtından tez vidalaşıb. Digər matçda "Ayaks" "Xetafe" səddini keçə bilməyib - 2:1.