UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Çelsi"nin hücumçusu Olivye Jiru ən yaxşı seçilib.

O, səsvermədə Pyer-Emerik Obameyanq ("Arsenal"), Jonas ("Benfika") və Tomaş Souçek ("Slaviya") qabaqlayıb.

Qeyd edək ki, Jiru 1/8 finalın Kiyev "Dinamo"su ilə cavab görüşündə (5:0) het-trikə imza atıb.