Avrokuboklarda təmsilçilərimizin bütün rəqibləri bəllidir.
"Qarabağ" Çempionlar Liqasının II təsnifatında “Linkoln” (Cəbəllütariq) - “Hamrun” (Malta) cütünün qalibi ilə qarşılaşacaq. Avropa Liqasında "Zirə" "Şerif"lə üz-üzə gələcək. Konfrans Liqasında isə "Sabah" Hayfa "Makkabi"sinə (İsrail) "Sumqayıt" “Fehervar”a (Macarıstan) rəqib oldu. Komandalarımızın şanslarını dəyərləndirməsi üçün Azər Bağırovla əlaqə saxladıq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Qarabağ"ın rəqibindən başqa müəyyənləşən digər komandalar bizimkilərdən qat-qat güclü və üstündürlər. Məncə, Ağdam təmsilçisi turu asanlıqla keçə biləcək. "Zirə"nin də işi çətindir. "Şerif" çox çətin rəqibdir. "Sabah" üçün isə vəziyyət çox çətin olacaq. Hətta deyərdim ki, keçmə ehtimalı 30%-dir. "Sumqayıt"ın isə təcrübəsi azdır. Macarıstan klubunu 50% ehtimal ilə keçə bilər"