Türkiyə prezidenti Merih Demiralın boz qurd işarəsi ilə qol qeyd etməsi və UEFA-nın araşdırma başlatması barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən sonra təyyarədə jurnalistlərə verdiyi açıqlamada bu qərarı sərt şəkildə tənqid edib:

"Kimsə deyir ki, niyə almanların formalarında qartal var? Kimsə soruşur ki, fransızların maykasında niyə xoruz var? Bəs, sən nə üçün xoruzlanırsan? Merih bu görüntü ilə həyəcanını ifadə edib".