"Nyukasl"ın hücumçusu Entoni Qordon, Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Offsideplus.az-ın məlumatına görə, klubun mətbuat xidməti, futbolçunun uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.

Lakin 23 yaşlı hücumçunun sözləşməsinin hansı vaxta qədər uzandığı barədə məlumat verilməyib.