Oktyabrın 23-də Bəhreyn Krallığının Manama şəhərində keçiriləcək Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında iştirak etmək üçün Azərbaycan idman heyəti yola çıxıb.
Offsideplus.az-ın verdiyi məlumata görə, oktyabrın 31-dək davam edəcək yarışda ölkəmizi 18 yaşadək 160 idmançı təmsil edəcək.
71 ölkənin qatılacağı bu yarışda Azərbaycan idmançıları 16 fərqli idman növündə mübarizə aparacaqlar.
Ölkəmiz aerobika gimnastikası, bədii gimnastika, idman gimnastikası, badminton, boks, kamandan oxatma, güləş, tennis, taekvondo, stolüstü tennis, qılıncoynatma, şahmat, cüdo, paracüdo, üzgüçülük və paraüzgüçülük kimi idman növlərində iştirak edəcək.