AÇ 2024-ün 1/4 final mərhələsində keçiriləcək Niderland - Türkiyə matçını niderlandlı baş məşqçi Quus Hiddink şərh edib.

Offsideplus.az xəbər verir ki, 77 yaşlı çalışdırıcı açıqlamasında bunları söyləyib:

"Deyə bilərəm ki, Niderland üçün finala gedən yol sözün əsl mənasında "asandır". Təbii ki, futbolda hər şey ola bilər. Lakin mən Türkiyə ilə oyunda çox çətinlik çəkəcəyimizi düşünmürəm. Onların önəmli oyunçuları cəzalı vəziyyətdədir. Bu matç Türkiyə bizim üçün problem ola bilməz”.