Türkiyə milli komandası bu gün AÇ-2024-ün D qrupunun III turu çərçivəsində saat 23:00-da Çexiya ilə üz-üzə gələcək. 

Offsideplus.az xəbər verir ki, komandanın heyətində bəzi itkilər var. Ayaq biləyindən zədələnən Orkun Kökçü və dizində ağrısı ilan Mert Günok bu oyunda çıxış etməyəcək. Komanda ilə məşqlərə yeni başlayan İrfan Can Kahveci və dünən komanda ilə məşq edən Arda Gülər isə heyətdə yer alsa da, start "11-liy"ə düşməyəcək. İlk 2 oyunda sarı vərəqə görən Abdülkerim Bardakçı da bu qarşılaşmanı buraxacaq.

Beləliklə, təxmini start heyət aşağıdakı kimi olacaq: 

Altay; Mert Müldür, Kaan, Merih, Ferdi; İsmail, Hakan; Barış Alper, Yusuf, Kerem, Kenan.