Bu gün futbol üzrə Avropa çempionatında 1-ci turun növbəti görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, üçüncü oyun günündə C və D qrupunun oyunları reallaşıb.
Günün ilk matçı D qrupunda yer almış Polşa və Niderland yığmaları arasında keçirilib və ikincilər 2:1 hesabla qalib gəlib.
Digər iki oyun isə C qrupu çərçivəsində baş tutub. Sloveniya Danimarka ilə heç-heçə edib, Serbiya isə İngiltərəyə məğlub olub: 0:1.
AÇ-2024
16 iyun
D qrupu
17:00. Polşa – Niderland 1:2
Qollar: Adam Buksa, 16 - Qakpo, 29. Veqhorst, 83
Baş hakim: Artur Soares Dias (Portuqaliya).
Hamburq, “Volksparkstadion”.
C qrupu
20:00. Sloveniya – Danimarka 1:1
Qollar: Erik Yanja, 77. - Kristien Eriksen, 17.
Baş hakim: Sandro Şerer (İsveçrə).
Ştutqart, “MHP Arena”.
C qrupu
23:00. Serbiya – İngiltərə 0:1
Qol: Cud Bellinqem, 13.
Baş hakim: Daniele Orsato (İtaliya).
Gelzenkirxen, “Veltins Arena”.