Avropa çempionatında iştirak edəcək İtaliya millisinin baş məşqçisi Luçano Spalletti futbolçuların turnirə daha yaxşı adaptasiya ola bilməsi üçün müəyyən qadağalar qoyub.

Offsideplus.az xəbər verir ki,təcrübəli çalışdırıcı turnir zamanı oyunçularına bu qaydaları tətbiq edib:

  - "PlayStation" və "X-Box" oynamaq olmaz.

  - Qulaqlıqların istifadəsinə icazə verilmir və heç kimin komanda ilə birlikdə olan görüşlərdə cib telefonu gəzdirməsinə icazə verilmir.

  - Komanda yoldaşları ilə ədəbsiz və hədsiz zarafatlar edilməməlidir.

  - Fiziki olaraq zarafatlar etmək olmaz(silkələmək, vurmaq, təpikləmək).