İtaliya və İngiltərə milliləri arasında keçiriləcək Avro-2020-nin final matçına təyinatlar açıqlanıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.