Avro-2020-nin 1/8 finalında Niderlandla matçda (2:0) sıradan çıxan Çexiya yığmasının kapitanı Vladimir Darida zədəsini bərpa edib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qayıdıb. O, Bakıda keçiriləcək Avro-2020-nin 1/4 final mərhələsimin Danimarka oyununda iştirak edə bləcək.
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda oynanılacaq Çexiya - Danimarka görüşü saat 20:00-da başlayacaq.