Belçika millisinin qapıçısı Tibo Kurtua Portuqaliya seçməsi ilə oyundan sonra (1:0) maraqlı açıqlama ilə gündəmə gəlib.

Offsideplus.az HNL-ə istinadla xəbər verir ki, 29 yaşlı qapıçı şərəfini qoruduğu komandanın 1/4 final mərhələsinə yüksəlməsinə bu cür reaksiya verib: "Portuqaliya kimi rəqiblə matçda hesabda 1:0 önə keçirsənsə, qalan dəqiqələrdə işinin asan olmayacağını bilirsən. Çox yaxşı müdafiə olunduq və lazım olan qələbəni əldə etdik. Və sübut etdik ki, Belçika millisinin müdafiəsi ilə bağlı aparılan müzakirələr boşunadır. Hətta Niderland yığmasının bəzi futbolçularının bizi mühakimə etdiklərini eşitmişdim. Yaxşı ki, indi onlar evdədirlər".

Qeyd edək ki, Belçika seçməsi iyulun 2-də Münhende turnirin qalibi adına favorit göstərilən İtaliya millisi ilə qarşılaşacaq.