Avro-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Niderland - Çexiya matçının (0:2) ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Çexiya yığmasının sağ cinah müdafiəçisi Tomaş Holeş bu görüşün ən yaxşısı seçilib.
28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. O, həm qarşılaşmada hesabı açıb, həm də ikinci qol zamanı məhsuldar ötürmə müəllifi olub.