Xorvatiya millisi və "İnter"in futbolçusu İvan Perişiç koronavirusa yoluxub.

Offsideplus.az Xorvatiya Futbol İttifaqının mətbuat xidmətinə istindən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin COVID-19 testi müsbət nəticələnib. İspaniyaya qarşı oyunu buraxacaq Perişiç dərhal karantinə alınıb.

Qeyd edək ki, Avropa çempionatının 1/8 final matçında keçiriləcək Xorvatiya - İspaniya matçı sabah saat 20:00-da başlayacaq.