Futbol üzrə Avropa Çempionatı başlayan gündən ndiyədək qapılara ümumilikdə 5 penalti təyin olunub.

Offsideplus.az xəbər verir ki, bunlardan yalnız biri qolla nəticələnib. Digər 4 zərbə isə tora qovuşmayıb.

Turnirdə hələlik 11 metrlik cərimə zərbəsindən fərqlənən yeganə futbolçu Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldodur.

36 yaşlı forvard Macarıstanı 3:0 hesabı ilə məğlub etdikləri görüşdə zərbəni dəqiq yerinə yetirib.