Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəldikləri oyun rəqibə qarşı irqçi hərəkətlər edən avstriyalı Marko Arnautoviç cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, UEFA-nın İntizam Komitəsi 32 yaşlı yarımmüdafiəçi bir oyunluq diskvalifikasiya olunub. O, iyunun 17-də Niderlandla görüşü buraxmalı olacaq.
Qeyd edək ki, sözügedən matçın 83-cü dəqiqəsində qol vuran Arnautoviç, azarkeşlər önündə aqresiv hərəkətlər nümayiş etdirmişdi. Komandanın kapitanı David Alabanın Markonun ağzını tutaraq onu susdurmağa cəhd etdiyi də diqqətlərdən qaçmamışdı.