Avropa çempionatının oyunları üçün Bakıda olan Uels yığmasının futbolçuları şəhər gəzintisinə çıxıb.
Offsideplus.az xəbər verir ki, gəzinti zamanı komandanın üzvlərinə Bakı və Azərbaycan barədə məlumat verilib. Uelsli oyunçular paytaxtın simasında tarixi ənənələr və müasirliyin vəhdətinin canlı şahidi olublar.
Qeyd edək ki, Uels seçməsi iyunun 12-də Bakı Olimpiya Stadionunda İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci oyununu iyunun 16-də Türkiyə seçməsinə qarşı keçirəcək.