Burnu və orbital sümüyü qırılan Kevin de Brüyne Belçika millisinin AVRO-2020-dəki ilk matçını buraxacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Roberto Martines məlumat yayıb. 47 yaşlı ispaniyalı mütəxəssis de Brüynenin Rusiya ilə görüşü buraxacağını və növbəti matçlarda meydana maska ilə çıxacağını açıqlayıb.
Qeyd edək ki, Çempionlar Liqasının finalında "Çelsi"nin futbolçusu Antonio Rüdigerlə toqquşan belçikalı ulduz üzündən ciddi zədələr alaraq meydanı tərk etmişdi.
Xatırladaq ki, Belçika - Rusiya matçı 12 iyun saat 23:00-da başlayacaq.