AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün bilet əldə edən azarkeşlərin pullarını geri ala bilməsi üçün xüsusi portal yaradılıb.

Offsideplus.az xəbər verir ki,   bunun üçünUEFA-nın saytında müvafiq prosedurları tamamlamaq lazımdır. Daha əvvəl alınan biletlərin 2021-ci ildə keçiriləcək turnir üçün etibarlı olacağı bildirilib. Amma hər şeyə dəqiq təqvimin aydınlıq gəlməsindən sonra qərar veriləcək. İstənilən halda AÇ-2020-nin oyunlarına bilet almaq fikrindən daşınan şəxslər isə artıq indidən öz pullarını geri ala biləcəklər.

Qeyd edək ki, bu il keçirilməli olan Avropa çempionatı 2021-ci ilin 11 iyun-11 iyuluna təxirə salınıb.