Azərbaycanlı atlet Rüfət Rəfiyev Paris-2024 Paralimpiya Oyunlarına vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, nüvə itələmə növündə mübarizə aparan idmançısı Paralimpiya Oyunlarında iştirak edəcək.

Paratatletimizin yüksək idman nəticələrini nəzərə alınaraq, Dünya Atletika Federasiyası tərəfindən Rüfət Rəfiyevə lisenziya verilib.

Qeyd edək ki, bu, idmançımızın iştirak edəcəyi ikinci Paralimpiya Oyunları olacaq. Rəfiyev Rio-2016 Paralimpiadasında debüt edib.